• $
  • £

19 aprel keçirilən imtahanların nəticələri elan olunub


19 aprel keçirilən imtahanların nəticələri elan olunub
15.05.2026 16:20

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 37593 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 14 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

  • İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
  • Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//shorturl.at/r0TdK) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - faktiki hava
Cəmiyyət 10:27
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - faktiki hava
Dörd rayonda yanğına səbəb olan beş nəfər müəyyən edilib
Cəmiyyət 10:23
Dörd rayonda yanğına səbəb olan beş nəfər müəyyən edilib
Azərbaycanda bir gündə 52 cinayət açılıb
Cəmiyyət 10:16
Azərbaycanda bir gündə 52 cinayət açılıb
Yeddi ayda həbsdən çıxanların neçə nəfəri iş tapıb? - statistika
Cəmiyyət 10:00
Yeddi ayda həbsdən çıxanların neçə nəfəri iş tapıb? - statistika
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:29
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Füzulinin iki kəndində yanğın başlayıb
Cəmiyyət 22:13
Füzulinin iki kəndində yanğın başlayıb
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:11
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Cəmiyyət 19:47
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Cəmiyyət 18:17
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol