• $
  • £

WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb

WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
15.05.2026 18:49

15 may 2026-cı il tarixindən etibarən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində iştirakçıların tədbir məkanına rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb.

Əməliyyat Şirkətindən verilən məlumata görə, WUF13 iştirakçıları hava limanı, nəqliyyat mübadilə mərkəzləri, qonaqlama əraziləri və WUF13 tədbir məkanı arasında əlaqəni təmin edən inteqrasiya olunmuş nəqliyyat xidmətlərindən yararlana bilərlər.

Tədbirlə əlaqədar olaraq, WUF13 Hava Limanı avtobus xidməti 12–25 may tarixlərində günün 24 saatı fasiləsiz fəaliyyət göstərəcək.

Şəhərdaxili avtobus xidmətləri 15–22 may tarixlərində iştirakçıların istifadəsində olacaq.

K1 xüsusi avtobus xətti isə 14–23 may tarixlərində Koroğlu nəqliyyat qovşağı ilə WUF13 tədbir məkanı arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək.

WUF13 nəqliyyat sistemi çərçivəsində W1–Şıx, W2–İçərişəhər, W3–Nəriman Nərimanov, W4–İzmir, W5–28 May, W6–Gənclik, W7–Ağ Şəhər və W8–Sea Breeze marşrutları əsas qonaqlama əraziləri ilə nəqliyyat mübadilə mərkəzləri arasında əlaqəni təmin edir.

Bununla yanaşı, W9–Badamdar marşrutu yaxınlıqdakı hotelləri İçərişəhər nəqliyyat mübadilə mərkəzi ilə, W10–Mikayıl Əliyev marşrutu isə qonaqlama məkanlarını birbaşa WUF13 tədbir məkanı ilə əlaqələndirir.

WUF13 çərçivəsində təşkil olunan bütün nəqliyyat xidmətləri akkreditasiyadan və qeydiyyatdan keçmiş iştirakçılar üçün ödənişsizdir.

Qeyd edilib ki, yerində qeydiyyat üçün tədbir məkanına gələcək iştirakçılar da bu xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.

WUF13 zamanı təşkil olunan nəqliyyat xidmətləri və marşrutlar barədə daha ətraflı məlumatı WUF13 şəhərdaxili nəqliyyat səhifəsindən əldə etmək mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - faktiki hava
Cəmiyyət 10:27
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - faktiki hava
Dörd rayonda yanğına səbəb olan beş nəfər müəyyən edilib
Cəmiyyət 10:23
Dörd rayonda yanğına səbəb olan beş nəfər müəyyən edilib
Azərbaycanda bir gündə 52 cinayət açılıb
Cəmiyyət 10:16
Azərbaycanda bir gündə 52 cinayət açılıb
Yeddi ayda həbsdən çıxanların neçə nəfəri iş tapıb? - statistika
Cəmiyyət 10:00
Yeddi ayda həbsdən çıxanların neçə nəfəri iş tapıb? - statistika
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:29
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Füzulinin iki kəndində yanğın başlayıb
Cəmiyyət 22:13
Füzulinin iki kəndində yanğın başlayıb
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:11
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Cəmiyyət 19:47
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Cəmiyyət 18:17
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol