• $
  • £

Şahdağa qar yağır - Faktiki hava - Yenilənib

Şahdağa qar yağır - Faktiki hava - Yenilənib
16.05.2026 16:34

Azərbaycanda mayın 16-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Belə ki, Zaqatala, Qax (Sarıbaş), Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusar (Laza), Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlıda arabir şimşək çaxır, yağış yağır. Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.

***

Mayın 15-i saat 12:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisinin əksər rayonlarında arabir yağış yağır, şimşək çaxır. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, Ağstafa, Goranboy, Balakən, Qax, Zaqatala, Şəki, Quba, Qusar, Şahdağ, Sabirabad, Biləsuvar, Cəlilabad, Naftalan, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Mingəçevir və Daşkəsəndə 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18, Gədəbəydə 16 m/s-yə çatır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeddi ayda həbsdən çıxanların neçə nəfəri iş tapıb? - statistika
Cəmiyyət 10:00
Yeddi ayda həbsdən çıxanların neçə nəfəri iş tapıb? - statistika
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:29
Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Füzulinin iki kəndində yanğın başlayıb
Cəmiyyət 22:13
Füzulinin iki kəndində yanğın başlayıb
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:11
Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Cəmiyyət 19:47
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Cəmiyyət 18:17
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Cəmiyyət 18:08
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 18:04
AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Cəmiyyət 17:47
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol