• $
  • €
  • ₽
  • ₺
  • £

2060-cı ilə qədər plastik çirklənməsinin üç dəfə artacağı proqnozlaşdırılır

2060-cı ilə qədər plastik çirklənməsinin üç dəfə artacağı proqnozlaşdırılır
20.05.2026 12:08

Bu günə qədər istehsal olunan plastiklərin cəmi 9%-i təkrar emal olunub, 90%-dən çoxu isə təkrar emal prosesindən kənarda qalıb. Bunu İslam Beynəlxalq Mərkəzinin həmsədri Dr. İsmail Serikilgan Dünya Şəhər Forumunun 13-cü sessiyası zamanı Plastik çirklənməsi ilə mübarizə: yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi mövzusunda keçirilən konfransda deyib.

O  plastik tullantılarla bağlı qlobal vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib. O qeyd edib ki, bu günə qədər istehsal olunan plastiklərin cəmi 9%-i təkrar emal olunub, 90%-dən çoxu isə təkrar emal prosesindən kənarda qalıb.  
 
Bildirilib ki, plastik tullantıların böyük hissəsi zibil poliqonlarına və su hövzələrinə düşür, müəyyən hissəsi isə yandırılır.

Dr. Serikilgan plastik tullantılarının xüsusilə dəniz və su ekosistemlərinə dağıdıcı təsir göstərdiyini vurğulayaraq diqqəti “Böyük Sakit Okean Zibil Ləkəsi” adlanan fenomenə yönəldib. Onun sözlərinə görə, okean axınları Amerika, Şərqi Asiya və Latın Amerikası kimi regionlardan gələn plastik tullantıları Sakit okeanın Havay adaları ilə Kaliforniya arasında yerləşən mərkəzi hissəsinə daşıyır.

"Həmin ərazidə toplanmış tullantıların çəkisi 100 min tondan çoxdur və burada təxminən 1,8 trilyon plastik parçası mövcuddur. Vurğulanıb ki, bu tullantı sahəsinin ölçüsü Fransanın ərazisindən üç dəfə böyükdür və hər il daha da genişlənir.  bütöv bir tullantı adasından deyil, əsasən xırda plastik hissəciklərdən – mikroplastiklərdən ibarət böyük bir kütlədən gedir. Bununla yanaşı, köhnə balıq torları və digər iri tullantıların da bu ərazidə toplanır",- o bildirib.

O əlavə edib ki, əgər təcili tədbirlər görülməzsə, 2060-cı ilə qədər plastik çirklənməsinin miqyasının üç dəfə artacağı gözlənilir. Sonda Azərbaycanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirən Dr. Serikilgan ölkənin plastik çirklənməsinə qarşı beynəlxalq təşəbbüslərə əlavə təkan verəcəyinə ümid etdiyini bildirib.

Aytac Zeynalova

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol