Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb

Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstandan Azərbayacana yola salınıb.
"Report" xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.
Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























