• $
  • €
  • ₽
  • ₺
  • £

Ağır yüklərdə yol polisi xərcləri narazılıq doğurur

Ağır yüklərdə yol polisi xərcləri narazılıq doğurur
03.06.2026 15:10

Orta Dəhliz üzrə iriölçülü və ağırçəkili yüklərin daşınması çoxsaylı icazələr, qeyri-şəffaf müşayiət xərcləri və infrastruktur məhdudiyyətləri səbəbindən ciddi problemlərlə üzləşir. Bunu TransLogistica Caspian Forumunda çıxışı zamanı Qazaxıstanın TransExpeditions LLP şirkətinin dövlət əlaqələri və uyğunluq (compliance) üzrə direktoru Sairan Mederov bildirib.

Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı ilə bağlı müzakirələrdə avtomobil daşıyıcılarının problemləri kifayət qədər diqqət mərkəzində deyil.

“Marşrut üzrə fəaliyyət göstərən TBNM Assosiasiyasında dəmir yolları və limanlar təmsil olunur, lakin avtomobil daşıyıcıları faktiki olaraq kənarda qalıb”, – Mederov deyib.

O bildirib ki, iriölçülü yüklərin daşınması zamanı əsas maneələrdən biri xüsusi icazələrin alınmasıdır.

“Marşrut üzərində neçə ölkə varsa, bir o qədər də icazə almaq lazımdır. Hər icazə üçün ayrıca razılaşdırma və baxılma prosedurları həyata keçirilir. Nəticədə limanlarda və sərhəd-keçid məntəqələrində vaxt itirilir”, – o qeyd edib.

Mederov əlavə edib ki, xarici daşıyıcılar digər ölkələrin ərazilərində marşrut araşdırmaları aparmaqda da çətinliklərlə üzləşirlər.

“Qazaxıstan şirkəti Azərbaycanın ərazisində marşrutun texniki araşdırmasını aparmaq istədikdə buna icazə verilmir. Şirkətlər yerli vasitəçilər axtarmağa məcbur olurlar”, – o bildirib.

Şirkət rəsmisi polis müşayiəti xidmətləri ilə bağlı da narazılığını ifadə edib.

“Bəzi hallarda yol polisi müşayiəti üçün çox yüksək məbləğlər tələb olunur. Qiymətlərin hesablanması üçün aydın mexanizm yoxdur və bu xərcləri əvvəlcədən planlaşdırmaq mümkün olmur”, – Mederov deyib.

Onun sözlərinə görə, aşağı hündürlüklü körpülər, köhnəlmiş yol infrastrukturu və aşağıdan keçən elektrik xətləri də iriölçülü yüklərin daşınmasına maneə yaradır.

Mederov bildirib ki, bu problemlər təkcə Qazaxıstana deyil, bütün Orta Dəhliz iştirakçılarına aiddir və vahid yanaşma tələb edir.

Bu məqsədlə o, Transxəzər marşrutu boyunca iriölçülü və ağırçəkili yüklər üçün vahid xüsusi icazə sisteminin tətbiqini təklif edib.

“Bu məsələləri yalnız forumlarda müzakirə etməklə kifayətlənməməliyik. Burada səslənən problemlər sənədləşdirilməli və iştirakçı ölkələrin aidiyyəti nazirliklərinə təqdim olunmalıdır ki, onların həlli istiqamətində konkret addımlar atılsın”, – TransExpeditions nümayəndəsi vurğulayıb.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol