• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə TikTok platformasına çıxış bloklanıb - Nazir müavini

Məktəblərdə TikTok platformasına çıxış bloklanıb - Nazir müavini
08.06.2026 11:52

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə məktəblərdə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə çıxışı zamanı bildirib.

Qurbanov bu barədə Milli Məclisdə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı danışıb.

Onun sözlərinə görə, son illərdə bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi qanunvericiliklə tənzimlənir və postsovet ölkələri də beynəlxalq təcrübəni öyrənərək müvafiq addımlar atırlar.

"Elm və Təhsil Nazirliyi olaraq məktəblərdə bəzi məhdudiyyətlər tətbiq edirik. TikTok platformasına çıxış bloklanıb, şagirdlərin internetə çıxışı filtrasiya olunur", – Qurbanov deyib.

Nazir müavini əlavə edib ki, məktəblərdə istifadə olunan internet şəbəkələrində 200-dən çox riskli və ya təhlükəli mövzu üzrə məhdudiyyətlər tətbiq olunub.

Qurbanovun sözlərinə görə, bu tədbirlər uşaqların zərərli məzmunlardan qorunmasına və rəqəmsal təhlükəsizliyin gücləndirilməsinə yönəlib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol