Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























