• $
  • £

420-550 manat maaşla peşəkar kadr tapmaq çətindir - deputat kitabxanaçıların maaşına toxunub

420-550 manat maaşla peşəkar kadr tapmaq çətindir - deputat kitabxanaçıların maaşına toxunub
10.06.2026 11:57

Təcrübəli kitabxanaçıların qorunması və onların əmək şəraitinin yaxşılaşdırılması vacibdir. Bunu deputat Fazil Mustafa Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 

Deputat bildirib ki, kitabxana sahəsinə yalnız ixtisas diplomu prizmasından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, kitabı sevən, zəngin mütaliə təcrübəsinə və geniş dünyagörüşünə malik insanların bu sahədə fəaliyyət göstərməsi daha önəmlidir.


Fazil Mustafa qeyd edib ki, müxtəlif attestasiya və sertifikasiya prosesləri zamanı uzun illər formalaşmış peşəkar kitabxanaçı potensialının itirilməsi ciddi narahatlıq doğurur.


"Elə sahələr var ki, orada təcrübə xüsusi əhəmiyyət daşıyır. Necə ki, 70 yaşlı təcrübəli müəllimin itirilməsi məktəbin keyfiyyətinə təsir göstərir, eyni yanaşma kitabxana sisteminə də tətbiq olunmalıdır. Bu sahədə formalaşmış yaddaşı və təcrübəni qorumalıyıq", -  deputat vurğulayıb.


Deputat hesab edir ki, hər hansı sertifikasiya və ya qiymətləndirmə tədbirlərindən əvvəl kitabxanaların maddi-texniki bazası və iş şəraiti qiymətləndirilməlidir. O bildirib ki, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən kitabxanaların əksəriyyətində infrastruktur problemləri mövcuddur, binaların bir hissəsi müasir tələblərə cavab vermir.


Fazil Mustafa kitabxana işçilərinin əməkhaqlarına da toxunaraq qeyd edib ki, 420-550 manat arasında dəyişən maaşlarla bu sahəyə yeni və peşəkar kadrların cəlb edilməsi çətin görünür.
Onun sözlərinə görə, uzun illər bu sahədə çalışan əməkdaşlar ağır şəraitdə fəaliyyət göstərirlər və onların sosial müdafiəsinin gücləndirilməsi vacibdir.


Deputat beynəlxalq təcrübədən danışaraq bildirib ki, bir çox ölkələrdə kitabxanalar müasir mədəniyyət mərkəzlərinə çevrilib. Xüsusilə Latviya və Türkiyədə inşa olunan yeni kitabxana komplekslərinin cəmiyyət üçün cəlbedici məkanlara çevrildiyini qeyd edən Fazil Mustafa, Azərbaycanda da kitabxanaların nüfuzunun artırılmasının vacibliyini vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosuna Çin vaqonları gətirilə bilər
Cəmiyyət 11:37
Bakı metrosuna Çin vaqonları gətirilə bilər
11 aydan sonra hər iki xətt müstəqil fəaliyyət göstərəcək - baş mühəndis
Cəmiyyət 11:18
11 aydan sonra hər iki xətt müstəqil fəaliyyət göstərəcək - baş mühəndis
2030-cu ilə qədər 299 yeni vaqon alınacaq
Cəmiyyət 11:13
2030-cu ilə qədər 299 yeni vaqon alınacaq
"Dərnəgül" elektrik deposu 2028-ci ilin əvvəlində tam istismara veriləcək
Cəmiyyət 11:07
"Dərnəgül" elektrik deposu 2028-ci ilin əvvəlində tam istismara veriləcək
Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır
Cəmiyyət 11:02
Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır

Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanılıb
Cəmiyyət 10:51
Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanılıb


Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
Cəmiyyət 10:41
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib

Bu il Azərbaycanda 30,2 min şəxsə əlillik təyin olunub
Cəmiyyət 10:39
Bu il Azərbaycanda 30,2 min şəxsə əlillik təyin olunub

İmişlidə yanğın törədən şəxs saxlanılıb
Cəmiyyət 10:09
İmişlidə yanğın törədən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol