• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat təklif edir ki, mütaliə ilə bağlı qanun qəbul olunsun

Deputat təklif edir ki, mütaliə ilə bağlı qanun qəbul olunsun
10.06.2026 12:31

Milli Məclisin deputatı Sahib Alıyev hesab edir ki, müasir dövrdə kitabxana və mütaliəyə ənənəvi yanaşma dəyişməli, bu sahə ölkənin milli təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi qiymətləndirilməlidir.


Kitabxana sisteminin gələcəyi ilə bağlı keçirilən müzakirələrdə çıxış edən deputat bildirib ki, dünya hazırda iqtisadi və texnoloji transformasiya prosesinin içərisindədir və bu dəyişikliklər yeni çağırışlar yaradır.


Sahib Alıyev vurğulayıb ki, kitabxanalar yalnız mütaliə məkanı kimi deyil, həm də informasiya və texnologiya mərkəzləri kimi fəaliyyət göstərməlidir.

"Xüsusilə regionlarda kitabxanalar insanların rəqəmsal xidmətlərə çıxış imkanlarını genişləndirən, elektron hökumət xidmətlərindən istifadə bacarıqlarını artıran məkanlara çevrilməlidir", -  deputat qeyd edib.

O bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə kitabxanalar sosiallaşma və bilik mübadiləsi mərkəzi funksiyasını da yerinə yetirir və bu təcrübənin öyrənilməsi vacibdir.

Deputatın sözlərinə görə, son illər Özbəkistan və Qazaxıstanda mütaliə mədəniyyətinin inkişafı istiqamətində mühüm dövlət qərarları qəbul olunub və bu, təsadüfi deyil.


"Artıq mütaliə milli təhlükəsizlik məsələsinə çevrilib. Hesab edirəm ki, Azərbaycanda da bu sahədə ayrıca qanunvericilik təşəbbüsünə ehtiyac var. Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi, oxu mədəniyyətinin təşviqinə yönəlmiş sistemli yanaşma formalaşdırılmalıdır", -  Sahib Alıyev bildirib.


Deputat əlavə edib ki, bir çox ölkələrdə dövlət qurumlarında və təhsil müəssisələrində mütaliənin təşviqi üçün xüsusi mexanizmlər tətbiq olunur.

Onun fikrincə, Azərbaycanda da kitabxana işi haqqında qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də kitabxana sahəsi üzrə kadr hazırlığı sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması vacibdir.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol