• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Sosial Müdafiə Fonduna sədr təyin olundu

Dövlət Sosial Müdafiə Fonduna sədr təyin olundu
29.05.2020 04:59

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Elman Lütvi oğlu Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub.

E.Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb. 1996-2003-cü illərdə Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan prezidenti cənab İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb.

 

E.Mehdiyev iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. 5 oktyabr 2007-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Evlidir, 2 övladı var.

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol