• $
  • €
  • ₽
  • ₺
  • £

Bir həftə ərzində nə qədər ərazi minadan təmizlənib?

Bir həftə ərzində nə qədər ərazi minadan təmizlənib?
29.06.2026 11:31

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iyunun 22-28-də aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı 37 tank əleyhinə mina, 36 piyada əleyhinə mina və 329 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik hesabatında bildirib.

Məlumata görə, hesabat dövründə ümumilikdə 1 696,11 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

ANAMA-nın statistikası göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.

Qurumun məlumatına əsasən, müharibədən sonrakı dövrdə indiyədək 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.

Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.

Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol