• $
  • £

Azərbaycan üzərindən Ermənistana tranzit buğda daşınması 35 min tonu ötüb

Azərbaycan üzərindən Ermənistana tranzit buğda daşınması 35 min tonu ötüb
03.07.2026 11:13

Rusiyadan Ermənistana göndərilən daha bir taxıl yükü tranzit olaraq Azərbaycan ərazisindən keçib.

Məlumata görə, iyulun 3-də Biləcəri dəmir yolu stansiyasından Böyük Kəsik istiqamətində yola salınan 14 vaqon 976 ton buğda daşıyıb.

Beləliklə, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit daşınan taxılın həcmi 35 min tonu ötüb.

Statistikaya əsasən, bu marşrutla indiyədək Ermənistana təxminən 8 min ton mineral gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq yarması və 414 ton antrasit də daşınıb.

Eyni zamanda, Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı, həmçinin təxminən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Azərbaycan son dövrdə regionda tranzit-logistika imkanlarını genişləndirərək qonşu ölkələr arasında yükdaşımalarında mühüm nəqliyyat dəhlizi kimi çıxış edir. Rusiya ilə Ermənistan arasında bir sıra yüklər dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən tranzit qaydasında daşınır.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüzdə tanker minaya düşdü
Cəmiyyət 17:23
Hörmüzdə tanker minaya düşdü
Çində daşqın 10 nəfərin ölümünə səbəb olub
Cəmiyyət 16:48
Çində daşqın 10 nəfərin ölümünə səbəb olub
Çimərliklərə üz tutanların nəzərinə
Cəmiyyət 16:04
Çimərliklərə üz tutanların nəzərinə
Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib
Cəmiyyət 14:32
Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib
Küləklə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 14:08
Küləklə bağlı xəbərdarlıq edilib
Qəbələdə obyektdə yanğın olub
Cəmiyyət 13:14
Qəbələdə obyektdə yanğın olub
Ermənistan güləşçiləri Bakıya gəldi
Cəmiyyət 12:04
Ermənistan güləşçiləri Bakıya gəldi
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:06
Faktiki hava açıqlanıb
Bakıda evdə meyit tapıldı
Cəmiyyət 10:18
Bakıda evdə meyit tapıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol