• $
  • €
  • ₽
  • ₺
  • £

İnterpolun axtardığı şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunur

İnterpolun axtardığı şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunur
03.07.2026 19:10

Baş Prokurorluğun sorğusu əsasında Monteneqro məhkəməsi Azərbaycan vətəndaşı Hidayət Süleymanovun ölkəyə ekstradisiyasına razılıq verib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Monteneqronun Ədliyyə Nazirliyinə göndərilmiş sorğu və beynəlxalq prosedurlara uyğun təqdim edilmiş sənədlər əsasında aparılan hüquqi prosesin nəticəsində Podqoritsa Ali Məhkəməsi Süleymanovun sadələşdirilmiş ekstradisiya proseduru ilə Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib. 

Baş Prokurorluğun bildirdiyinə görə, Sumqayıt Şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Hidayət Süleymanov özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişə torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələrin alınmasını təşkil edəcəyinə dair yalan vədlər verməklə dələduzluqda ittiham olunur. İstintaqın məlumatına əsasən, bu yolla zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurulub. 

Qurumun məlumatına görə, barəsində dələduzluq ittihamı irəli sürülən Süleymanov istintaqdan yayındığı üçün İnterpolun Bakıdakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. O, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Monteneqroda saxlanılıb. 

Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq tədbirlər görülür.

Baş Prokurorluq əlavə edib ki, axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə əməkdaşlıq davam etdirilir. 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol