• $
  • £

Artıq bank krediti yeganə çıxış yolu olmayacaq - deputat

Artıq bank krediti yeganə çıxış yolu olmayacaq - deputat
07.07.2026 12:01

"Kraudfandinq haqqında”  qanun layihəsi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına, xüsusilə startapların və kiçik sahibkarların maliyyələşdirilməsinə yeni imkanlar yaradacaq. Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, hazırda yaxşı ideyaya malik gənclər və startaplar bank kreditləri əldə etmək istəyərkən ağır bürokratik prosedurlar və yüksək faiz dərəcələri ilə üzləşirlər. Yeni qanun isə rəqəmsal platformalar vasitəsilə vətəndaşlardan və investorlardan birbaşa vəsait cəlb etməyə imkan verəcək.

O qeyd edib ki, qanunun qəbulu kapital bazarlarına çıxışı da asanlaşdıracaq və sağlam rəqabətin formalaşmasına töhfə verəcək. Onun fikrincə, belə olan halda yalnız iri şirkətlər deyil, kiçik məbləğdə vəsaiti olan vətəndaşlar da perspektivli startaplara investisiya qoyaraq onların inkişafında pay sahibi ola biləcəklər.

Deputat vurğulayıb ki, bu mexanizm əhalinin yığımlarının iqtisadiyyata yönəldilməsinə və innovativ ideyaların daha sürətlə reallaşmasına şərait yaradacaq. Bununla yanaşı, cəmiyyətdə maliyyə savadlılığının artırılması və crowdfunding mexanizminin imkanları ilə yanaşı riskləri barədə geniş maarifləndirmə aparılmasının vacibliyini qeyd edib.

Razi Nurullayev qanun layihəsinin həm pay mülkiyyəti, həm də borc formasında maliyyələşməyə imkan yaratmasını müsbət qiymətləndirib. O bildirib ki, investorların vəsaitlərinin qorunması və risklər barədə əvvəlcədən məlumatlandırılması ilə bağlı müddəaların qanunda əksini tapması mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, deputat xəbərdarlıq edib ki, qanunun tətbiqində həddindən artıq bürokratik tələblər qoyularsa, onun əsas məqsədlərinə nail olmaq çətin olacaq.

"Əgər platforma yaratmaq üçün aylarla icazə gözləmək, çoxsaylı sənədlər toplamaq və hər dəyişiklik üçün ağır prosedurlardan keçmək lazım gələcəksə, bu sahə inkişaf etməyəcək. Crowdfunding-in ruhu çeviklikdir. Startapın vaxtı yoxdur. İdeya bu gün aktualdırsa, maliyyə də bu gün tapılmalıdır", - o bildirib.

Deputat hesab edir ki, bu sahədə fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat prosesi mümkün qədər sadələşdirilməli, bazara giriş asanlaşdırılmalı, sonrakı mərhələdə isə bazarın təbii seçimi və nəzarət mexanizmləri işləməlidir.

Razi Nurullayev əlavə edib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən effektiv nəzarətin həyata keçirilməsi və vətəndaşların maliyyə savadlılığının artırılması da xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, qanunun icrasında üç əsas prinsip rəhbər tutulmalıdır: sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın olub, sakinlər təxliyə olunub
Cəmiyyət 23:55
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın olub, sakinlər təxliyə olunub
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Cəmiyyət 23:30
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Kəlbəcərdə uşaq çaya düşüb
Cəmiyyət 22:41
Kəlbəcərdə uşaq çaya düşüb
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
Cəmiyyət 22:33
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 21:30
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
Müşfiqabadda açıq sahədə yanğın baş verib
Cəmiyyət 20:59
Müşfiqabadda açıq sahədə yanğın baş verib
Yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 19:45
Yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb - Yenilənib
Samur-Abşeron kanalında yeniyetmə batıb
Cəmiyyət 18:28
Samur-Abşeron kanalında yeniyetmə batıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Cəmiyyət 17:26
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol