• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu qış sərt keçəcək

Azərbaycanda bu qış sərt keçəcək
30.11.2013 17:14
Baş hidroloq Asif Verdiyev açıqlamasında bildirib ki, dekabr ayının əvvəllərində havanın çox soyuq keçəcəyi gözlənilsə də, anomal soyuq olmayacaq
“Azərbaycnada ən kəskin soyuq hava yanvar və fevral aylarında müşahidə olunacaq. Əvvəlki illəri götürəndə bu il daha çox soyuq olacaq. Ən sərt şaxta yanvar və fevral ayında olacaq”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev ANS PRESS-ə açıqlamasında bildirib. Onu sözlərinə görə, dekabr ayının əvvəllərində havanın çox soyuq keçəcəyi gözlənilsə də, anomal soyuq olmayacaq. Ekspert bildirib ki, dekabr ayının ortalarında hava bir az mülayımləşəcək.
“Soyuq hava axını respublika ərazisinə şimal və qərb istiqamətindən gəlir. Bakıda və Abşeron yarımadasında dekabrda aylıq temperaturun 4-7 dərəcə isti, birinci ongünlüyün ortalarında 1-3 dərəcə isti (gecələr 3-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər isə 7-12, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı gözlənilir”, - deyə Asif Verdiyev bildirib.
Dekabr ayı ümumiyyət qış dövründə ən sərt keçdiyi aydır. Bu il dekabr ayında çox da kəskin şaxtalar gözlənilmir. Lakin gələn ilin yanvar-fevral ayı üçün havalar şaxta olacaq.
Ekspert bildirib ki, ümumilikə bu qış çox soyuq olacaq. Əsasən də yanvar və fevral ayları şaxta olacaq: “Serbiyanın Belqrad şəhərində form keçirilib. Formda cənub şərq və Qafqaz ölkələrindən mütəxəssislər iştirak edib Tədbirdə bu il qışın necə keçiriləcəyi barədə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, yaxın günlərdə bu il qışın necə keçəcəyi barədə dəqiq məlumatlar veriləcək”.
Asif Verdiyev dekabr ayında ölkə ərazisində hava şəraitinin göstəricilərini bildirib:
Naxçıvan Muxtar Respublikasında - orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında - aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - orta aylıq temperaturun 1-4 dərəcə isti (2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır .
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-16 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında aylıq temperaturun 1-6 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - orta aylıq temperaturun 2-7 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, dağlarda 7-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm) olacağı gözlənilir.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol