• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan 525 əvəzinə - 525A və 525B işləyəcək

Sabahdan 525 əvəzinə - 525A və 525B işləyəcək
17.07.2026 15:05

Abşeron rayonunun Masazır kəndini (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir. 

Məqsəd bu marşrutdan istifadə edən “Zəngilan şəhərciyi” yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin “Yeni Bakı” və “Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır. 

İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək. 

Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd “King Long” markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib. 

525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək. 

525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.

Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində “Yeni Bakı” yaşayış kompleksindən “Zəngilan şəhərciyi” yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol