• $
  • €
  • ₽
  • ₺
  • £

BMT məcburi köçkünlərin statusuna aydınlıq gətirməlidir

BMT məcburi köçkünlərin statusuna aydınlıq gətirməlidir
29.11.2013 21:38
Bu gün Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə vətəndaşsızlığa dair məşvərət iclası keçirilib.Trend-in məlumatına görə, vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyinə həsr olunan iclasda Azərbaycanın dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib.Tədbiri giriş sözü ilə açan BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, Azərbaycanda vətəndaşsızlıq barədə problem olmamalıdır: "Bir neçə dəfə bununla bağlı qərarlar imzalanıb. 1998-ci ildə Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin çoxuna vətəndaşlıq hüququ verildi. Belə ki, 250 mini nəfər Ermənistandan gələn, 50 mini məhsəti türkü, 7 mini isə İrandan gələnlər idi. Ancaq etiraf edək ki, bir çox qərarlar imzalansa da, hələ də ölkədə bu sahədə müəyyən problemlər yaşanır. Belə ki, bu gün Azərbaycanda vətəndaşlıq sənədi olmayan 4500 şəxs aşkarlanıb. Yəni, onların sənədləşməsi ilə bağlı problemlər var".Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan vətəndaşlıq və vətəndaşsızlıqla bağlı bir sıra beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub, vətəndaşlıq məsələlərini və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edib: "1996-cı ildə Azərbaycan "Apatridlərin statusu haqqında" 1954-cü il Konvesiyasına və "Vətəndaşsızlıq hallarının azaldılması" 1961-ci il Konvensiyasına qoşulub".Ç.Qənizadə əlavə edib ki, Azərbaycan Milli Məclisi Miqrasiya Məcəlləsini qəbul etməklə bu sahədə problemləri həll etmək istiqamətində önəmli addım atdı. Millət vəkili bildirib ki, Azərbaycan elə bir məkanda yerləşir ki, buraya digər ölkələrdən qaçqınların da gəlməsi mümkündür.Ç.Qənizadə Azərbaycanda olan məcburi köçkünlərin də statusunun müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb: "Azərbaycan ən çox qaçqın və məcburi köçkün ordusunu özündə cəmləşdirən ölkələrdən biridir. Azərbaycan dövləti məcburi köçkünlərin qayğısına qalır, ancaq hesab edirəm ki, BMT məcburi köçkünlərin də statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməlidir".Tədbirdə çıxış edən digər iştirakçılar da bu sahədə mövcud durumdan və problemlərin həlli yollarından danışıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol