İmişlidə yük avtomobilinin hava balonu partladı: iki nəfər ağır yaralanıb
İmişlidə yük avtomobilinin təkərinə hava vurularkən pnevmatik hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.
Hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmiri sexində baş verib. “MAN” markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.
Partlayış nəticəsində Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox