• $
  • £

Azərbaycanda 7 ayda 6,2 tondan çox narkotik dövriyyədən çıxarılıb

Azərbaycanda 7 ayda 6,2 tondan çox narkotik dövriyyədən çıxarılıb
17.08.2026 13:02

 

Azərbaycanın hüquq-mühafizə orqanları 2026-cı ilin yanvar-iyulunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 963 cinayət faktı aşkarlayıb.

Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, həmin faktlardan 1 250-si narkotik vasitələrin qanunsuz satışı, 3 613-ü narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, üçü isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 223 kq 519 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Müsadirə olunan narkotiklərin ümumi dəyəri 187,2 milyon manat qiymətləndirilib.

Müsadirə edilən maddələrin əsas hissəsini 5 ton 307 kq marixuana təşkil edib. Onun 4 ton 422 kq-ı xarici ölkə mənşəli, 885 kq-dan çoxu isə Azərbaycanda qanunsuz kultivasiya edilmiş marixuana olub.

2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə aşkarlanan narkotik cinayətlərinin ümumi sayı 251 fakt azalıb. Bununla belə, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin çəkisi 1 ton 274 kq artıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:51
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol