• $
  • £

Azərbaycan təhsil reytinqində region ölkələri arasında yalnız Ermənistanı qabaqlayıb - hesabat

Azərbaycan təhsil reytinqində region ölkələri arasında yalnız Ermənistanı qabaqlayıb - hesabat
18.08.2026 15:23

Azərbaycan “World Top 20 Project”in 2026-cı il üzrə beynəlxalq təhsil reytinqində 203 ölkə və ərazi arasında 86-cı yerdə qərarlaşıb.

“World Top 20 Project”in “International Education Database” bazasında açıqlanan reytinqə Cənubi Koreya başçılıq edir.

Sonrakı yerlərdə Yaponiya, Danimarka, Belçika və Sloveniya qərarlaşıb.

Region ölkələri arasında Qazaxıstan 43-cü, Özbəkistan 63-cü, Qırğızıstan 64-cü, Gürcüstan 70-ci yeri tutub. Azərbaycan 86-cı, Tacikistan 87-ci, Ermənistan isə 98-ci yerdə qərarlaşıb.

Təşkilatın metodologiyasına əsasən, ölkələrin mövqeyi təhsil sisteminin müxtəlif mərhələlərini əhatə edən göstəricilər əsasında müəyyənləşdirilir. Bunlara məktəbəqədər təhsilə cəlbolunma, ibtidai və orta təhsilin başa vurulması, orta məktəb və ali təhsil üzrə məzuniyyət göstəriciləri, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələri, məktəbdən kənarda qalan uşaqların sayı, məktəblərdə təhlükəsizlik və yetkin əhali arasında savadlılıq səviyyəsi daxildir.

Təşkilat reytinqin hazırlanmasında OECD, PISA, TIMSS, PIRLS, BMT qurumları və digər beynəlxalq mənbələrdən əldə edilən məlumatlardan istifadə etdiyini bildirir.

Azərbaycan bir sıra əsas meyarlar üzrə geridə qalır

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, Azərbaycanın reytinqdəki mövqeyi ölkənin təhsil sistemində mövcud olan problemlərlə əlaqəlidir.

“Onlar ciddi tədqiqatlar aparırlar. Məktəbəqədər təhsildən söhbət gedirsə, onun əhatə dairəsi, yeni kurikulumların tətbiqi, dərsliklər, regionlarda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi kimi məsələlər əsas götürülür”, - Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın zəif tərəflərindən biri şagirdlərin beynəlxalq qiymətləndirmələrdə göstərdiyi nəticələrdir. Ekspert PISA və PIRLS kimi proqramların şagirdlərin bilik və bacarıqlarını müqayisə etməyə imkan verdiyini bildirib.

“Beynəlxalq qiymətləndirmələrdə biz çox geridə qalırıq və bu, danılmaz faktdır. Müəyyən kriteriyalar var ki, həmin kriteriyalar üzrə həqiqətən də geridəyik”, - Əliyev deyib.

Ekspertin fikrincə, problem yalnız şagirdlərin biliklərinin qiymətləndirilməsi ilə məhdudlaşmır. Məktəbəqədər təhsilin əhatə dairəsi və onun məktəb təhsilinə inteqrasiyası, eləcə də uşaqların ibtidai təhsilə cəlb olunması sahəsində də problemlər qalır.

Əliyev təhsil sistemində müəllim çatışmazlığını və kadrların keyfiyyətini də əsas problemlərdən biri hesab edir.

Onun sözlərinə görə, xüsusilə ali təhsildə professor-müəllim heyətinin yaşlı nəsli ilə gənc və orta nəsil arasında ciddi fərq yaranıb.

O, həmçinin elmi tədqiqatların səviyyəsinin aşağı olduğunu və dissertasiyaların hazırlanmasında plagiat hallarının geniş yayıldığını bildirib.

“90% dissertasiyaları müdafiə etmək istəyən şəxs başqasına yazdırır. Plagiat geniş vüsət alıb”, - ekspert deyib.

Əliyevin sözlərinə görə, təhsil sisteminin ayrı-ayrı pillələri - məktəbəqədər, ibtidai, ümumi orta, peşə, orta ixtisas və ali təhsil - bir-biri ilə əlaqəli olduğundan sistemin bir hissəsindəki problemlər digər pillələrə də təsir göstərir.

Ekspert Azərbaycanda təhsil sahəsində aparılan müstəqil tədqiqatların qərarların qəbulunda kifayət qədər nəzərə alınmadığını da bildirib.

“Təhsil tədqiqatları bizdə çox aşağı səviyyədədir. Qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər nə qədər təhsil tədqiqatları aparsalar da, onların heç birini Elm və Təhsil Nazirliyi nəzərə almır”, - Əliyev deyib.

Onun fikrincə, informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin sürətlə inkişaf etdiyi şəraitdə Azərbaycan təhsilinin, xüsusilə orta və peşə təhsilinin yeni texnologiyalara uyğunlaşması da ciddi problem olaraq qalır.

Əliyev məktəblərdə dərsə davamiyyətin aşağı olmasını və repetitorluğun geniş yayılmasını da sistemin zəif tərəfləri sırasında göstərib. Onun fikrincə, məktəb təkcə şagirdi ali məktəbə qəbul üçün hazırlamamalı, həm də ona zəruri bilik və bacarıqlar verməli, fiziki inkişafını təmin etməli və fərdi istedadlarını üzə çıxarmalıdır.

“Bizim məktəb bu klassik funksiyalarının çoxunu itirib. İndiki vəziyyətdə, əgər aparılan tədqiqatlar nəticəsində Azərbaycan 86-cı yerdə qərarlaşıbsa, bunu heç də ən pis nəticə hesab etmirəm”, - Əliyev bildirib.

“World Top 20 Project” bildirir ki, beynəlxalq təhsil məlumat bazasının məqsədi ölkələrin təhsil sistemlərinin vəziyyətini müqayisə etmək və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində təhsil sahəsində irəliləyişi izləməkdir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hacıqabulda 19 yaşlı qadın avtomobildə bıçaqlanaraq öldürülüb - qardaşı saxlanılıb
Cəmiyyət 16:20
Hacıqabulda 19 yaşlı qadın avtomobildə bıçaqlanaraq öldürülüb - qardaşı saxlanılıb
Azərbaycan təhsil reytinqində region ölkələri arasında yalnız Ermənistanı qabaqlayıb - hesabat
Cəmiyyət 15:23
Azərbaycan təhsil reytinqində region ölkələri arasında yalnız Ermənistanı qabaqlayıb - hesabat
Rezidenturaya qəbulun nəticələri elan olunub
Cəmiyyət 15:14
Rezidenturaya qəbulun nəticələri elan olunub
2026-cı il büdcəsində neft-qaz sektorundan vergi gəlirləri 4,25 milyard manat gözlənilir
Cəmiyyət 13:40
2026-cı il büdcəsində neft-qaz sektorundan vergi gəlirləri 4,25 milyard manat gözlənilir
Şirvan, Sabirabad, Saatlı və İmişlidə qaz kəsiləcək
Cəmiyyət 13:07
Şirvan, Sabirabad, Saatlı və İmişlidə qaz kəsiləcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Könül Qasımova uşaqlara əzabvermə ittihamı ilə həbs olundu
Cəmiyyət 12:28
Könül Qasımova uşaqlara əzabvermə ittihamı ilə həbs olundu
Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi başa çatıb
Cəmiyyət 12:05
Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi başa çatıb
Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
Cəmiyyət 11:59
Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol