Bir gündə 76 cinayətin üstü açılıb
Azərbaycan polisi avqustun 20-də cinayət törətməkdə şübhəli bilinən 76 nəfəri saxlayıb. Bu barəsə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib.
Məlumata görə, gün ərzində ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin edilib.
Axtarışda olan 120 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis narkotiklərlə bağlı 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə əlaqədar 10 fakt müəyyən edib.