• $
  • €
  • ₽
  • ₺
  • £

British Council Azərbaycanda diqqəti dil tədrisindən imtahanlara yönəldir - səfir

British Council Azərbaycanda diqqəti dil tədrisindən imtahanlara yönəldir - səfir
21.08.2026 11:43

Azərbaycanda ingilis dilini yüksək səviyyədə bilən insanların sayının artması Britaniya Şurasının (British Council) ölkədəki fəaliyyətinin prioritetlərini dəyişib. Bunu  Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib.

“Xüsusən Bakıda çoxlu sayda insan həqiqətən yaxşı ingilis dilində danışır",- Norman deyib.
Onun sözlərinə görə, Britaniya Şurası 1990-cı illərdə Azərbaycanda ingilis dilinin tədrisi ilə məşğul olan ilk qurumlardan biri olsa da, hazırda bazarda bu xidməti göstərənlərin sayı artdığı üçün Şuranın birbaşa dil tədrisinə əvvəlki qədər ehtiyac yoxdur.

“İndi keyfiyyətli imtahanlar və imtahan nəzarəti təşkil etmək üçün real ehtiyac var. Şuranın diqqət mərkəzində olan məhz budur"- səfir bildirib.

Norman deyib ki, British Council digər fəaliyyətlərini də davam etdirəcək, lakin əsas diqqət insanların işə qəbul və xarici universitetlərə qəbul üçün ehtiyac duyduğu beynəlxalq imtahanların təşkilinə yönəldiləcək.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol