İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Mürşüd Babaşov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə piyada Kamilə Qurbanovanı vurub. Avtomobil daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində yaralanan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























