Uşağın ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır -komitə
Bakıda 9 yaşlı uşağın ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.
Sosial şəbəkələrdə yayılan məlumatda 9 yaşlı M.Ə-nın ögey anası tərəfindən döyüldüyü, uşağın bədənində xəsarət və göyərmələrin olduğu, həmçinin saçının dibdən kəsildiyi iddia edilir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Anews.az-a açıqlama verib.
Komitədən bildirilib ki, faktla bağlı Daxili İşlər Nazirliyinə və Nizami Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.
“Məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması və uşağın hüquq və mənafelərinin, eləcə də təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülür”, - Komitədən qeyd edilib.
Gülnar Nazimqızı