• $
  • €
  • ₽
  • ₺
  • £

ANS Tağı Əhmədovu vəzifədən getməyə çağırdı - VİDEO

ANS Tağı Əhmədovu vəzifədən getməyə çağırdı - VİDEO
27.11.2013 11:00

ANS telekanalı Bakı metropoliteninin rəisi Tağı Əhmədova qarşı kampaniyanı davam etdirir. "Xəbərçi" proqramının ötən axşam efirə gedən buraxılışında Tağı Əhmədova daha bir süjet həsr olunub. Süjetin mətnini və videosunu təqdim edirik:

Tağı Əhmədovla bağlı ANS-in efirində gedən süjet sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib. Yanaşmalar müxtəlifdir. Kimi bunu təqdir edir, metropoliten rəhbərinin davranışını eynilə bizim kimi pisləyir, kimi də məsələyə başqa prizmadan yanaşır. “ANS Tağı Əhmədovu vurdu” şəklində. Əslində, ANS heç kimi vurmur və bu haqqı ANS-ə heç kim də verməyib. Konkret Tağı Əhmədov məsələsinə gəlincə, o özü özünü vurur. Öz təbirincə desək, ağa davranışları, kobud qaba rəftarı, ölçüsüz-biçimsiz hərəkətləriylə. Əgər o, bu hərəkətləri son bir ayda ikinci dəfədir ki, ANS-in əməkdaşlarına qarşı yönəldirsə, biz nədən susub durmalıyıq ki? Yoxsa, bu millət qarşısında xidmətimiz Tağı Əhmədovun xidmətlərindən azdırmı? Hansı ki, o, bu xidməti uzun illərdir ki, göstərir və necə göstərir, nə cür göstərir bu da artıq başqa bir söhbətin mövzusu deyil. Çünki, sən susduqca, adam elə bilir ki, haqlı odur. Hərçənd, Tağı Əhmədovu haqsız çıxarmaq üçün onlarla faktı gözüyumulu sadalamaq olar. Onlardan biri metropolitendəki ticarət obyektlərindən qazanılan milyonlardır ki, bu milyonlardan dövlətin büdcəsinə metropolitenin nə qədər vergi ödədiyi haqda məlumat belə yoxdur. 

Bir-iki il bundan əvvəl Tağı Əhmədov bu haqda radio müsahibələrindən birində ona ünvanlanan dinləyici sualına belə cavab vermişdi- “Heç bir qəpik də ödəmirəm”. Bunu o sualı verən yoldaşa heç bir aidiyyatı yoxdur. Buyurun. Ənənəvi tərz. Və yaxud, başqa bir misal. Metro kartlarına qoyulan depozitlərin taleyi kart sisteminə keçəndən hələ də açıq qalır. Nəzərə alsaq ki, metropoliten kart sisteminə 2006-cı ildən keçib, 7 ildə bu depozitlərin hara sərf edildiyi, onlardan gələn gəlirin aqibəti ilə bağlı bir dənə də hesabat ortalıqda yoxdur. Nəqliyyatın vahid kart sisteminə keçilməsiylə bağlı Nəqliyyat Nazirliyinin təklifini isə Tağı Əhmədov ümumiyyətlə yaxın buraxmır. Halbuki dünyanın metro sistemləri məhz belə işləyir. Bu yerdə deyə bilərsiz ki, dünyanın metro rəisləri də Tağı Əhmədov kimi kresloya yapışıb qalmayıblar. Hətta ən çox vəzifədə qalan Rusiyanın metropoliten rəhbərləridir ki, heç onları da Tağı Əhmədovla müqayisə etmək olmaz. Onlar bu vəzifəni maksimum 7-8 il daşıyıblar. Vaşiqtonda nəqliyyat sektorunun başına keçən şəxs bu il seçilib, amma 2015-ci ildə postu təhvil verməlidir. Qardaş Türkiyənin təcrübəsini də bilsək pis olmaz. Dünyanın ən qədim metrosu sayılan İstambuldakı Tunel Metrosu 1875-də inşa edilib. Burada metro rəisləri vaqonlardan tez dəyişir. Təsəvvür edin, hər 8 ildən bir vaqonlar, hər beş ildən bir, yəni hər bələdiyyə seçkilərində metro rəhbərləri dəyişir. Bizim Tağı Əhmədov isə nə vəzifəsini dəyişmək fikrindədir, nə də xasiyyətini. Halbuki, hər ikisini dəyişməyin tam məqamıdır. 

Metropoliten rəhbəri Tağı Əhmədov bir sıra anlaşılmaz qərarlarını belə izah edir ki, ona yuxarıdan tapşırılanları yerinə yetirir. Maraqlıdır, prezident Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini dövlət səviyyəsində qeyd etmək barədə sərəncam verir. Tağı Əhmədov isə Məmməd Əmin Rəsulzadənin barelyefini metronun 28 may stansiyasından yığışdırır. Deməli, prezident Rəsulzadəyə ehtiram göstərir. Bəs, Tağı Əhmədov kimin tapşırığını yerinə yetirir?

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol