• $
  • £

Azərbaycanda balıq ovu mövsümü açıldı

Azərbaycanda balıq ovu mövsümü açıldı
01.09.2026 14:13

Kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ve diger su bioresurslarının ovuna qoyulmuş moratoriumun müddəti başa çatır.

Sentyabrın 1-dən müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu müddəti açıq elan olunur.

Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında tətbiq olunan moratorium sentyabrın 1-də başa çatır.

Beləliklə, bu gündən etibarən qeyd olunan su hövzələrində balıq ovu fəaliyyətinin həyata keçirilməsi üçün mövsüm açıq elan olunur. Balıq ovu ilə məşğul olan şəxslərin mövcud qaydaları diqqətlə nəzərə alması və ov fəaliyyətini yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməsi vacibdir.

Qanunsuz balıq ovunun qarşısının alınması və su bioresurslarının mühafizəsinin təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri çərçivəsində balıq ovu qaydalarına əməl olunmasına, qanunsuz ov hallarının qarşısının alınmasına və su bioresurslarının qorunmasına diqqət yetirilir.

Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.

Eyni zamanda, vətəndaşların su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları barədə Balıqçılıq və Akvakulura Mərkəzinə və Su Nəqliyyatında Polis İdarəsinə məlumat vermələri xahiş olunur. Vətəndaşların bu istiqamətdə göstərəcəyi dəstək balıq ehtiyatlarının mühafizəsinə və qanunsuz ov hallarının qarşısının alınmasına töhfə verəcək

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:51
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol