• $
  • €
  • ₽
  • ₺
  • £

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
05.09.2026 18:58

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.

Anews.az-ın məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel" turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib. O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib.

Hüseynli qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edilən faktlarla başlı cinayət işi başlanılıb. O.Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə sözügedən turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da hərtərəfli araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bu iddialar təsdiqini tapmayıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol