• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
11.09.2026 12:48

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eldar Cəlilov və Samir Şeydayev 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

DTX tərəfindən saxlanılan Eldar Cəlilov və Samir Şeydayev AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunurlar. İttihama əsasən, Eldar Cəlilov və Samir Şeydayevin 2021-ci ildən etibarən müxtəlif vaxtlarda xarici ölkələrdəki üçüncü şəxslərin adına sürətli pulköçürmə sistemləri vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitləri köçürdükləri və həmin vəsaitlərin silah və digər terror məqsədli vasitələrin əldə olunması üçün terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) çatdırılmasına yönəldildiyi müəyyən edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol