• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dərman vasitələri ilə aparılan abortların sayı 57%-dən çox artıb

Azərbaycanda dərman vasitələri ilə aparılan abortların sayı 57%-dən çox artıb
02.10.2026 12:06

Azərbaycanda 2025-ci ildə dərman vasitələri ilə aparılan abortların sayı 1 049-a çatıb, bu da 2024-cü illə müqayisədə 57%-dən çox artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Ümumilikdə, 2025-ci ildə ölkədə 95 344 abort qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 21,9% çoxdur.

Eyni dövrdə doğuşların sayı 101 100-dən 94 700-ə düşüb.

Hər 100 doğuşa düşən abortların sayı 2024-cü ildəki 77,4-dən 2025-ci ildə 100,7-yə yüksəlib. 15–49 yaşlı hər 1 000 qadına düşən abortların sayı isə 29,4-dən 35,6-ya çatıb.

Ən çox abort 30–34 yaşlı qadınlar arasında qeydə alınıb – 27 570. 25–29 yaş qrupunda bu göstərici 26 391, 35 və yuxarı yaş qrupunda 22 860 olub.

15–19 yaşlı qadınlar arasında abortların sayı 2 751-dən 3 246-ya yüksəlib.

2025-ci ildə mini-abortların sayı da 20 100-dən 44 600-ə yüksəlib.

Bununla yanaşı, birinci hamiləliyin pozulması hallarının sayı 2024-cü ildəki 2 300-dən 2025-ci ildə 1 300-ə düşüb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Cəmiyyət 17:17
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol