Deputat: aqrar qanunun tətbiqi aqronom və baytarlara tələbatı artıracaq
“Aqrar sahə haqqında” qanunun tətbiqi kənd təsərrüfatı mütəxəssislərinə tələbatı artıraraq yeni iş yerlərinin açılmasına səbəb ola bilər. bunu deputat Siyavuş Novruzov bildirib.
“Bu qanun layihəsi həyata keçirildikdən sonra geniş kadr bazasına ehtiyac olacaq. Bu da yeni iş yerlərinin açılması deməkdir”, - Novruzov parlamentdə deyib.
Onun sözlərinə görə, fermer təsərrüfatlarında aqronomlara, baytarlara və digər kənd təsərrüfatı mütəxəssislərinə ehtiyac var.
Deputat universitetlərdə bu ixtisaslar üzrə təhsil alanların sayının artırılmasını vacib sayıb.
“Elm ilə praktikanın birliyi böyük məhsuldarlığa gətirib çıxarır”, - o bildirib.
O, qanun tətbiq olunduqdan sonra bələdiyyələrin də örüş və yararlı torpaqlarda istehsalla məşğul olaraq gəlirlərini artıra biləcəyini deyib.
Gülnar Nazimqızı