• $
  • €
  • ₽
  • ₺
  • £

Əlibaba Məhərrəmzadə: Bitki mühafizəsi vasitələrinə standart qoyulmalıdır

Əlibaba Məhərrəmzadə: Bitki mühafizəsi vasitələrinə standart qoyulmalıdır
07.10.2026 12:12

Azərbaycanda bitki mühafizəsi vasitələrinin keyfiyyətinə dair standartların müəyyənləşdirilməsi və bu məhsulların qiymətləndirilməsi üçün analitik bazanın yaradılması təklif olunur. Bunu Milli Məclisin deputatı Əlibaba Məhərrəmzadə “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bu məsələdə bir neçə məqamı qeyd etmək istərdim. Onlardan biri fitosanitar məsələdir. Bitki mühafizəsi tədbirləri, keyfiyyətsiz dərmanların Azərbaycana gətirilməsi və bu məsələnin satınalma prosesi çərçivəsində qiymətləndirilməsi ilə bağlı problemlər var”, - deputat bildirib.

Məhərrəmzadə qeyd edib ki, bitki mühafizəsi vasitələrinin qiymətinin aşağı olması onların keyfiyyətli olması demək deyil.

“Bu gün qiymətin aşağı təklif olunması o demək deyil ki, biz bitki mühafizəsi problemini həll edirik. Biz müəyyən standartlar müəyyənləşdirməli və bitki mühafizəsini həmin standartlar əsasında həyata keçirməliyik”, - o deyib.

Deputatın sözlərinə görə, keyfiyyətli bitki mühafizəsi vasitələrinin istifadəsi son məhsulun əldə olunmasında mühüm rol oynayır.

“Dünyada kifayət qədər keyfiyyətli bitki mühafizəsi vasitələri var və onlar son məhsulun əldə edilməsinə ciddi təsir göstərə bilər. Həmin məhsulun yaradılması üçün də keyfiyyətli bitki mühafizəsi vasitələrindən istifadə olunmalıdır”, - Məhərrəmzadə bildirib.

O, fermerlərin də son illərdə bu sahədə problemlərin olduğunu bildirdiyini qeyd edib.

“Demək olar ki, bir məhsulun istehsalına hər sahə üzrə vəsait ayrılır. Suya, dərmana, işçi qüvvəsinə, əməyə və digər istiqamətlərə xərc çəkilir. Lakin bitki mühafizəsi vasitələri keyfiyyətsiz olduqda sonda həmin bitki tənəzzülə uğrayır”, - deputat deyib.

Məhərrəmzadə hesab edir ki, bu sahədə vahid standartlar müəyyənləşdirilməli və bitki mühafizəsi vasitələrinin qiymətləndirilməsi üçün analitik baza yaradılmalıdır.

“Bu, çox önəmli məsələdir. Bunu müəyyən qaydada formalaşdırıb standarta çevirmək lazımdır. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və ya fitosanitar fəaliyyətlə məşğul olan qurumların analitik bazası olmalıdır. Həmin baza bu məsələləri ciddi şəkildə qiymətləndirməlidir”, - o bildirib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol