• $
  • €
  • ₽
  • ₺
  • £

Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək

Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
07.10.2026 15:04

Əlilliyi olan və işləməyən şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, işsizlər, insan alverinin və məişət zorakılığının qurbanları, eləcə də maddi vəziyyəti çətin olan şəxslərin dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən yararlanması nəzərdə tutulur.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi pulsuz hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquq bərabərliyinin təmin edilməsinə və bu sahədə vahid hüquqi mexanizmin formalaşdırılmasına yönəlib.

Hüseynova bildirib ki, dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar da istifadə edə biləcəklər.

“Pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquq bərabərliyinin təmin edilməsi əsas məsələlərdən biridir. Qanun layihəsinin digər vacib tərəfi isə pulsuz hüquqi yardımın göstərilməsi üzrə vahid hüquqi mexanizmin formalaşdırılmasıdır”, - komitə sədri bildirib.

O qeyd edib ki, maddi vəziyyəti çətin olan və gəlirləri yaşayış minimumundan aşağı səviyyədə olan digər şəxslərin də qanunvericiliklə müəyyən edilmiş qaydada pulsuz hüquqi yardımdan yararlanması mümkün olacaq.

Hüseynovanın sözlərinə görə, pulsuz hüquqi yardım göstərən vəkillərin xidmət haqları və digər zəruri xərclər dövlət büdcəsinin vəsaiti, o cümlədən Vəkillər Kollegiyasına ayrılan vəsaitlər hesabına ödəniləcək.

“Bir sözlə, bu qanun layihəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edir”, - o deyib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox