DİN: Azərbaycanda bir gündə 46 cinayət qeydə alınıb
Azərbaycanda oktyabrın 7-də 46 cinayət qeydə alınıb, polis əməkdaşları əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin də açılmasını təmin edib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, gün ərzində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 45-i borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox