Astara Terminalında yük aşırımı 33% artaraq 631 min tonu ötüb

İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-sentyabr aylarında 631 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33% çoxdur. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, təkcə sentyabr ayında terminalda 93 min tondan çox yük aşırılıb. Bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 52% artıb.
Tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə fəaliyyətə başladıqdan sonra illik 3,5–4 milyon ton yük aşırımı gücünə malik olacaq. Bu, regional yük əməliyyatlarının genişləndirilməsinə imkan verəcək.

Son xəbərlər 
Daha çox 






















