• $
  • €
  • ₽
  • ₺
  • £

“Elektron hökumət”dən yeni xidmət

“Elektron hökumət”dən yeni xidmət
29.05.2020 03:13

“Elektron hökumət” portalına (www.e-gov.az) “Qeyri-rezident” adlı yeni bölmə əlavə edilib. 

ANN.Az-ın Rabiə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Qeyri-rezident” bölməsində ilk olaraq üç dövlət qurumu - Xarici İşlər Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz elektron xidmətlərini yerləşdirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət KİV nümayəndələri üçün nəzərdə tutulub. Sözügedən elektron xidmət “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu” adlanır. Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir:

“Sorğu real vaxt rejimində ərizə formasının doldurulması, eləcə də müraciət üçün tələb olunan digər müvafiq sənədlərin surətinin əlavə edilməsi ilə formalaşdırılır. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə akkreditasiya üçün müraciət edən xarici KİV nümayəndəsinin Azərbaycan Respublikasının xarici işlər nazirinə ünvanlanmış məktubu, tərcümeyi-halı, 2 ədəd 3X4 ölçüdə fotoşəkil və pasportun surəti daxildir. Doldurulmuş forma XİN-də qeydiyyata düşür və sənədin qəbul edilməsi barədə ərizəçiyə bildiriş göndərilir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət istənilən ölkənin vətəndaşı üçün daim aktual bir məsələ ilə bağlıdır və bu, “Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu” adlanır: “Bu e-xidmət Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulub.

Xidmətdən istifadə etmək istəyən şəxslər bölməyə daxil olaraq adını, soyadını, vətəndaşlığını, qeydiyyatını, ünvanını (ölkə, şəhər və tam ev ünvanı), əlaqə telefonunu, elektron poçt ünvanı daxil etməlidir. “Sual” bölməsinə müraciətini qeyd etdikdən sonra “Göndərmək” düyməsi sıxılmaqla ölkələrarası övladlığa götürmə ilə əlaqədar e-müraciət komitəyə ünvanlanır”.

Diasporla İş Üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət isə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub və bu xidmət “Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti” adlanır. Bu xidmət vasitəsilə Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz onları maraqlandıran istənilən məsələni elektron müraciət formasında Diasporla İş Üzrə Dövlət Komitəsinə yaza bilərlər:

“Bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də Azərbaycan Respublikasının vətəndaşı olmayan azərbaycanlıların hüquq və azadlıqlarının pozulması halları, habelə diaspor təşkilatları tərəfindən Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsimizin tanıdılması, diaspor quruculuğu ilə bağlı hazırlanmış layihələrin Dövlət Komitəsinə təqdim edilməsi üçün birbaşa elektron müraciət imkanını əhatə edir”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol