• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını yenidən təklif edib

Zahid Oruc aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını yenidən təklif edib
23.10.2026 13:05

Deputat Zahid Oruc aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını, kənd təsərrüfatına dövlət dəstəyinin nəticələrinin konkret iqtisadi göstəricilərlə qiymətləndirilməsini və sərhəd, dağlıq ərazilərdə kiçik emal müəssisələri üçün sıfır vergi rejiminin tətbiqini təklif edib.

O, bu barədə Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputatın sözlərinə görə, kənd təsərrüfatında əsas problemlər kiçik torpaq sahələrində mexanikləşdirmə xərclərinin yüksək olması, suvarma sistemlərinin qurulmasındakı çətinliklər, fermerlərin suya, texnikaya və aqronom xidmətlərinə çıxış imkanlarının məhdudluğu ilə bağlıdır. O əlavə edib ki, fermerlər məhsullarını müstəqil şəkildə bazara çıxarmaqda çətinlik çəkir, böyük ticarət şəbəkələri isə bazar qaydalarına təsir göstərir.

Deputat təklif edib ki, subsidiya və dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi hektardan əldə olunan məhsul, təsərrüfatların gəliri, yaradılan iş yerləri, su sərfi və idxaldan asılılığın azalması kimi göstəricilər əsasında da qiymətləndirilsin.

O, həmçinin sərhəd, dağlıq və iqtisadi cəhətdən zəif inkişaf etmiş kəndlərdə yerli xammaldan istifadə edən kiçik emal müəssisələri üçün konkret investisiya və məşğulluq öhdəlikləri əsasında sıfır vergi rejiminin tətbiqini məqsədəuyğun sayıb.

Deputat kəndlərdə əhalinin azalmasının məktəblərdə şagird və müəllim sayına, tibb məntəqələrinin fəaliyyətinə, poçt və bank xidmətlərinin əlçatanlığına təsir etdiyini bildirib.

“Ölkəmizdə 4 244 kənd var. Lakin bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı da aşağı düşür, tibb məntəqəsinin saxlanılması zərurəti də azalır, poçt və bank xidməti ‘qeyri-rentabelli’ sayılır”, - deputat deyib.

Deputatın fikrincə, dövlət xidmətlərinin əlçatanlığının azalması kəndlərin boşalmasını sürətləndirə, daxili miqrasiyanı artıraraq paytaxtın əmək və mənzil bazarına əlavə təzyiq yarada bilər.

Deputat kommunal tariflərin də bölgələrin iqlim şəraitinə uyğunlaşdırılmasını təklif edib. O qeyd edib ki, Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz və Kəlbəcər kimi ərazilərdə istiliyə tələbat Bakı və Abşeronla eyni deyil.

O bildirib ki, qaz və elektrik enerjisi tariflərinin ölkə üzrə eyni qaydada tətbiqi soyuq iqlimli ərazilərdə yaşayan ailələr üçün əlavə yük yarada bilər. Bu səbəbdən aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını təklif edib.

Deputat aqrar siyasətin davamlılığının da vacibliyini vurğulayıb. Onun sözlərinə görə, idarəetmə strukturları, qurumlar və subsidiya qaydaları dəyişsə belə, dövlət siyasətinin nəticələri ayrı-ayrı rəhbərlərin fəaliyyət müddətindən asılı olmamalıdır.

Deputat hesab edir ki, “Aqrar sahə haqqında” qanunun səmərəliliyi gələcəkdə qəbul edilən subsidiya qərarları və yaradılan elektron xidmətlərlə yanaşı, fermerlərin gəlirləri, məhsuldarlıq, kəndlərdə açılan yeni müəssisələr və doğma yurdlarında qalmağa qərar verən ailələrin sayı ilə ölçülməlidir.

 

Gülnar Nazimqızı 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol