• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatı sahəsində vəziyyət yaxşılığa doğru dəyişmir - deputat

Kənd təsərrüfatı sahəsində vəziyyət yaxşılığa doğru dəyişmir - deputat
23.10.2026 13:12

Deputat Qüdrət Həsənquliyev kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət sənədlərinin qəbul edilməsinə baxmayaraq, ərzaq idxalının artmaqda davam etdiyini açıqlayıb. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib. 

“Çox təəssüf ki, bu sahədə vəziyyət yaxşılığa doğru dəyişmir. Məsələn, mən son üç ilin statistikasına baxdım.  2023-cü ildə biz xaricdən 2,16 milyard dollarlıq ərzaq məhsulları almışıq, 2024-də bu rəqəm xeyli artıb, 2 milyard 475 milyon dollar olub. 2025-ci ildə isə biraz da artaraq 2 milyard 591 milyon manat olub. Ümumi artım 20% və 431 milyon dollarlıq artım olub”,  Həsənquliyev bildirib.


Deputat kənd təsərrüfatına investisiyanın azlığını da əsas problemlərdən biri kimi göstərib.


Həsənquliyev kiçik istehsalçıların məhsullarını qəbul edib emal və ixraca hazırlayan müəssisələrin yaradılmasını təklif edib.

“Çoxsaylı emal müəssisələri yaradılmalıdır ki, həm həyətyanı təsərrüfatlarda yetişdirilən məhsulları həmin emal müəssisələri vətəndaşlardan qəbul eləsin, həm də kiçik sahibkarlardan bu məhsulları onlar toplaya bilsinlər”, - deputat bildirib.


O, bal istehsalını nümunə göstərərək deyib ki,  “ biz xaricə bal sata bilmirik, ona görə bal sata bilmirik ki, onun tərkibindəki antibiotiklərin qalıqları var, orda pestisidlər var və digər zərərli maddələr var.”

 

 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
Cəmiyyət 16:54
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Cəmiyyət 15:59
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb
Cəmiyyət 15:49
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
Cəmiyyət 15:36
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
“Gözel Seeds” və ADA Universiteti Gəncləri Genetika və Biotexnologiya Konfransına dəvət edir
Cəmiyyət 15:34
“Gözel Seeds” və ADA Universiteti Gəncləri Genetika və Biotexnologiya Konfransına dəvət edir

Cəlilabadda açıq ərazidə yanğın başlayıb
Cəmiyyət 15:10
Cəlilabadda açıq ərazidə yanğın başlayıb
Azərbaycanlıların olduğu gəmi batıb - ölən və itkin düşənlər var
Cəmiyyət 14:41
Azərbaycanlıların olduğu gəmi batıb - ölən və itkin düşənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol