• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub

Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
23.10.2026 13:19

2026-cı ilin yanvar-sentyabrında Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar təşkil edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat brifinqində bildirib.

Nazir qeyd edib ki, bu göstərici iki ölkənin mövcud potensialını tam əks etdirmir və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Bayramovun sözlərinə görə, Hindistan şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. O, Hindistanın ONGC Videsh şirkətinin Azərbaycanın strateji enerji layihələrində iştirakını bu əməkdaşlığın möhkəm təməlinin göstəricisi kimi qiymətləndirib.

Nazir bildirib ki, hazırda Azərbaycanda 1 000-dən çox Hindistan şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. O əlavə edib ki, bu yaxınlarda keçirilən II Azərbaycan Beynəlxalq Tibb İnvestisiya Forumunda Hindistanın daha bir böyük şirkəti Azərbaycanda investisiya layihələrinə başlayacağını elan edib.

Bayramov vurğulayıb ki, tərəflər biznes strukturlarını bir araya gətirmək, əlavə əməkdaşlıq imkanlarını araşdırmaq və bu istiqamətdə təşəbbüsləri təşviq etmək barədə razılığa gəliblər.

Nazir, həmçinin Hindistan şirkətlərinin tibb və əczaçılıq sahələrində dünya miqyasında aparıcı istehsalçılar sırasında olduğunu qeyd edib. Onun sözlərinə görə, Hindistan istehsalçılarının tibbi ləvazimatları və dərman məhsulları Azərbaycan bazarında geniş təmsil olunur.

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol