• $
  • €
  • ₽
  • ₺
  • £

ETN-dən İrana - öz problemlərinizlə məşğul olun!

ETN-dən İrana - öz problemlərinizlə məşğul olun!
26.10.2026 11:08

 

Azərbaycan Elm və Təhsil Nazirliyi (ETN) İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlamasını təəccüb və təəssüf doğuran bəyanat kimi qiymətləndirib. Bu barədə ETN-in açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, sözügedən açıqlama tamamilə yersizdir və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil.

“Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır. İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar”, - açıqlamada qeyd olunub.

ETN həmçinin bildirib ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur və ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.

Nazirlik vurğulayıb ki, İran əhalisinin təxminən 40 milyonunu etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

“İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər”, - açıqlamada bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ötən il 134 yeniyetmə cinayət törədib
Cəmiyyət 11:31
Azərbaycanda ötən il 134 yeniyetmə cinayət törədib
Azərbaycanda sığorta ödənişləri 29 faiz artıb
Cəmiyyət 11:18
Azərbaycanda sığorta ödənişləri 29 faiz artıb
ETN-dən İrana - öz problemlərinizlə məşğul olun!
Cəmiyyət 11:08
ETN-dən İrana - öz problemlərinizlə məşğul olun!
Azərbaycanda gənc xuliqanların sayı artıb - statistika
Cəmiyyət 11:04
Azərbaycanda gənc xuliqanların sayı artıb - statistika
Gənclərin başçılıq etdiyi ailələrin 69,9%-i üç və daha çox otaqlı evlərdə yaşayır
Cəmiyyət 10:53
Gənclərin başçılıq etdiyi ailələrin 69,9%-i üç və daha çox otaqlı evlərdə yaşayır
Gənc ailələr istehlak xərclərinin cəmi 0,9%-ni təhsilə yönəldib
Cəmiyyət 10:42
Gənc ailələr istehlak xərclərinin cəmi 0,9%-ni təhsilə yönəldib
Azərbaycanda iki gündə 52 cinayət açılıb - DİN
Cəmiyyət 10:29
Azərbaycanda iki gündə 52 cinayət açılıb - DİN
Bu yoldahərəkət tam məhdudlaşdırılacaq
Cəmiyyət 09:52
Bu yoldahərəkət tam məhdudlaşdırılacaq
DİN və Baş Prokurorluq kafedəki hadisə ilə bağlı məlumat yayıb - video
Cəmiyyət 09:42
DİN və Baş Prokurorluq kafedəki hadisə ilə bağlı məlumat yayıb - video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol