• $
  • €
  • ₽
  • ₺
  • £

Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
26.10.2026 11:52

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində oktyabrın 19-25-də aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı 42 tank əleyhinə mina, 122 piyada əleyhinə mina və 526 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik hesabatında bildirib.

Məlumata görə, hesabat dövründə ümumilikdə 997 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

ANAMA-nın statistikası göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.

Qurumun məlumatına əsasən, müharibədən sonrakı dövrdə indiyədək 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.

Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.

Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin mənfəəti 42,6% artıb
Cəmiyyət 12:53
Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin mənfəəti 42,6% artıb
Mehriban Əliyeva Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib
Cəmiyyət 12:42
Mehriban Əliyeva Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:23
Sabahın hava proqnozu açıqlanıb
Ceyhun Bayramovun niderlandlı həmkarı ilə görüşü başlayıb
Cəmiyyət 12:10
Ceyhun Bayramovun niderlandlı həmkarı ilə görüşü başlayıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 11:52
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Bakıda ağacın kəsilməsi zamanı qaydaları pozan əməkdaş işdən çıxarılıb
Cəmiyyət 11:50
Bakıda ağacın kəsilməsi zamanı qaydaları pozan əməkdaş işdən çıxarılıb
Azərbaycanda ötən il 134 yeniyetmə cinayət törədib
Cəmiyyət 11:31
Azərbaycanda ötən il 134 yeniyetmə cinayət törədib
Azərbaycanda sığorta ödənişləri 29 faiz artıb
Cəmiyyət 11:18
Azərbaycanda sığorta ödənişləri 29 faiz artıb
ETN-dən İrana - öz problemlərinizlə məşğul olun!
Cəmiyyət 11:08
ETN-dən İrana - öz problemlərinizlə məşğul olun!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol