Nazirlər Kabineti hər şagirdə düşən illik təhsil xərclərini təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, adambaşına maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin baza məbləğləri aşağıdakı kimi müəyyən edilib:
Tam orta ümumtəhsil məktəbi – 2 000 manat;
Lisey – 2 200 manat;
Gimnaziya – 2 200 manat;
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2 500 manat;
İnternat tipli lisey – 3 000 manat;
İnternat tipli gimnaziya – 3 000 manat.
Sənədə əsasən, müəyyən edilən məbləğlər baza məbləğləridir. Həmin məbləğlərə dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və təhsil xərclərinə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsallarının tətbiqi qaydalarına uyğun olaraq müvafiq əmsallar tətbiq ediləcək.