• $
  • €
  • ₽
  • ₺
  • £

“Gamesummit” və “OMNI AI Summit”4000-dən çox ziyarətçini ətrafında topladı

“Gamesummit” və “OMNI AI Summit”4000-dən çox ziyarətçini ətrafında topladı
27.10.2026 11:38

 

Azercell-in eksklüziv tərəfdaşlığı ilə keçən sammitlər çərçivəsində oyun sənayesinin inkişafı və süni intellektin praktiki tətbiqi diqqət mərkəzində olub

Azercell-in eksklüziv tərəfdaşlığı ilə Bakıda keçirilən “Gamesummit” və “OMNI AI Summit” beynəlxalq texnologiya şirkətlərinin nümayəndələrini, ekspertləri və sahibkarları bir araya gətirib. Sammitlərdə xüsusi stendlə təmsil olunan Azercell ziyarətçiləri rəqəmsal məhsullar portfeli çərçivəsində yeni təqdim etdiyi oyun xidmətləri ilə tanış edib.

Ümumilikdə 4 000-dən çox ziyarətçinin qatıldığı tədbirlərdə 30-dan artıq şirkət təmsil olunub. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə oyun sənayesinin gələcəyi, texnologiya sahəsində aktual tendensiyalar və süni intellekt həllərinin biznes proseslərində tətbiqi müzakirə edilib.

Tədbirin açılışında çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova oyun xidmətləri və süni intellektin şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb: “Bu gün Azercell-in hədəfi ənənəvi rabitə xidmətləri ilə yanaşı, müştərilərə yeni imkanlar qazandıran innovativ rəqəmsal həllər təqdim etməkdir. Süni intellekt və oyun xidmətləri bu strategiyanın mühüm istiqamətlərindəndir. Məqsədimiz müştəri təcrübəsini zənginləşdirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməkdir”.

Azercell-in Rəqəmsal əlavə dəyər xidmətləri və tərəfdaşlıqlar şöbəsinin rəhbəri Nərgiz Tağızadə Xsolla, Burson, Recontact Games və Meridian Play şirkətlərinin nümayəndələri ilə birgə “İllüziyadan reallığa: oyun studiyaları üçün qlobal genişlənmə və dayanıqlı böyümə strategiyaları” adlı panel müzakirəsində iştirak edib. O, oyun tərtibatçıları və müstəqil studiyaların Azərbaycan bazarına çıxışında Azercell-in təqdim edə biləcəyi dəstək və tərəfdaşlıq imkanlarından danışıb, oyunların yerli dilə, mədəniyyətə və istifadəçi gözləntilərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Nərgiz Tağızadə həmçinin Azercell-in 2026-cı ildən istifadəyə verdiyi oyun həlləri portfeli barədə məlumat paylaşıb. Bu çərçivədə o, ölkədə mobil balans vasitəsilə Steam hesabının artırılması imkanını təqdim edən ilk və yeganə operator olaraq Azercell-in təcrübəsindən, eləcə də Azercell tətbiqində istifadəyə verilən “Oyun Portalından” danışıb.

Qeyd edək ki, “OMNI AI Summit” çərçivəsində “Starnest Academy AI Hakatonu” da keçirilib. 500-dən çox iştirakçını bir araya gətirən hakatonda 250 komanda süni intellekt əsaslı məhsul və həllər üzərində çalışıb. Yarış süni intellektin praktiki tətbiqini təşviq etmək və yeni texnoloji ideyaların inkişafına imkan yaratmaq məqsədilə təşkil olunub. 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol