• $
  • €
  • ₽
  • ₺
  • £

Moratinos: Azərbaycan və Ermənistan dini abidələrin qorunması üçün BMT-yə etibar edir

Moratinos: Azərbaycan və Ermənistan dini abidələrin qorunması üçün BMT-yə etibar edir
27.10.2026 12:38

BMT Sivilizasiyalar Alyansı Azərbaycan və Ermənistanın etimadı əsasında regionda dini abidələrin qorunması istiqamətində fəaliyyətini davam etdirməyə hazırdır. Bunu Alyansın ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda keçirilən 7-ci Üümüdünya Mədəniyətlərarası Diaqloq forumunda çıxışı zamanı bildirib. 

O bildirib ki, təşkilatın əsas məqsədlərindən biri mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı bəyanatları konkret fəaliyyətə çevirməkdir.

BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Bakı forumunda çıxışı zamanı deyib ki, dini abidələrin qorunması təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir.

Onun sözlərinə görə, iki il əvvəl dini və ənənəvi liderlərin sammitində dini abidələrin qorunması və möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş xüsusi sessiya keçirilib. Moratinos Azərbaycan və Ermənistanın bu sahədə BMT Sivilizasiyalar Alyansına etimad göstərməsini vacib hesab etdiyini bildirib.

Moratinos qeyd edib ki, Azərbaycan və UNESCO ilə birgə başladılan “Sülh üçün mədəniyyət” təşəbbüsü çərçivəsində Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan gənclərin iştirakı ilə Gənc Sülh Qurucuları proqramı həyata keçirilir.

Proqramda Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan iştirakçılar birgə fəaliyyət göstərirlər.

O bildirib ki, Bakı forumu çərçivəsində 44-dən çox ölkənin təmsil olunduğu Gənclər Forumu da təşkil edilib. Moratinos gənclərin qarşılıqlı əlaqəsinin mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyini vurğulayıb.

Alyansın digər təşəbbüsləri sırasında gənclərin yerli icmalarda fəaliyyətini dəstəkləyən maliyyə fondu, təqaüd proqramı, stereotiplər, ksenofobiya və ayrı-seçkiliklə mübarizəyə yönələn “Plural Plus” təşəbbüsü, Mədəniyyətlərarası İnnovasiya Mərkəzi və Gənc Səfirlər Şəbəkəsi var.

Moratinosun sözlərinə görə, BMT Sivilizasiyalar Alyansı antisemitizm və islamofobiya ilə mübarizə istiqamətində də fəaliyyət göstərir.

O əlavə edib ki, təşkilatın maliyyə imkanları məhdud olsa da, təşəbbüslərin həyata keçirilməsində yerli icmalarla əməkdaşlığa üstünlük verilir. Moratinosun fikrincə, mədəniyyətlərarası dialoqun real nəticələr verməsi üçün müxtəlif qrupların iştirakını təmin edən mexanizmlərin yaradılması vacibdir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Niderland itkin düşənlərin axtarışı üçün Azərbaycana və Ermənistana yardımı ayıracaq
Cəmiyyət 13:44
Niderland itkin düşənlərin axtarışı üçün Azərbaycana və Ermənistana yardımı ayıracaq
Akif Quliyev: Kür çayında suyun səviyyəsinin enməsi hazırda gözlənilmir
Cəmiyyət 13:17
Akif Quliyev: Kür çayında suyun səviyyəsinin enməsi hazırda gözlənilmir
Penitensiar Xidmətə yeni rəis təyin olunub - sərəncam
Cəmiyyət 13:04
Penitensiar Xidmətə yeni rəis təyin olunub - sərəncam
Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir
Cəmiyyət 12:59
Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir
UNESCO: qadın jurnalistlərin 75%-i onlayn zorakılıqla üzləşib
Cəmiyyət 12:59
UNESCO: qadın jurnalistlərin 75%-i onlayn zorakılıqla üzləşib
İSESKO süni intellekt sahəsində iki il ərzində 10 min liderə təlim keçməyi hədəfləyir
Cəmiyyət 12:46
İSESKO süni intellekt sahəsində iki il ərzində 10 min liderə təlim keçməyi hədəfləyir
Moratinos: Azərbaycan və Ermənistan dini abidələrin qorunması üçün BMT-yə etibar edir
Cəmiyyət 12:38
Moratinos: Azərbaycan və Ermənistan dini abidələrin qorunması üçün BMT-yə etibar edir
Sabah hava yağışlı olacaq
Cəmiyyət 12:32
Sabah hava yağışlı olacaq
Fərid Cəfərov: Süni intellekt mədəniyyətlərarası dialoqun inkişafına xidmət etməlidir
Cəmiyyət 12:31
Fərid Cəfərov: Süni intellekt mədəniyyətlərarası dialoqun inkişafına xidmət etməlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol