• $
  • €
  • ₽
  • ₺
  • £

İSESKO süni intellekt sahəsində iki il ərzində 10 min liderə təlim keçməyi hədəfləyir

İSESKO süni intellekt sahəsində iki il ərzində 10 min liderə təlim keçməyi hədəfləyir
27.10.2026 12:46

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Beynəlxalq Süni İntellekt Tədqiqatları və Etika Mərkəzi ilə əməkdaşlıq çərçivəsində iki il ərzində 10 min liderə təlim keçməyi hədəfləyir. Bunu İSESKO-nun baş direktoru Salim əl-Malik Bakı forumunda çıxışı zamanı bildirib.

Təşkilat, həmçinin İslam dünyası üçün Süni İntellekt İndeksi vasitəsilə ölkələrin bu sahədə hazırlıq səviyyəsini qiymətləndirməyə çalışır.

Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlığa etimadın bərpası beynəlxalq öhdəliklərlə onların icrası arasındakı fərqin aradan qaldırılmasını, prinsiplərin tətbiqində ədalətin və verilən vədlərin yerinə yetirilməsində ardıcıllığın təmin olunmasını tələb edir.

Əl-Malik qeyd edib ki, beynəlxalq institutların etibarlılığı ölkələrin etibarlı dəstək alması və icmaların real irəliləyiş görməsi ilə möhkəmlənir. O, institusional koordinasiyanın gücləndirilməsinin və milli səylərin uzlaşdırılmasının vacibliyini vurğulayıb.

Onun fikrincə, milli administrasiyaların üst-üstə düşən təşəbbüslərə və ayrı-ayrı hesabat tələblərinə sərf etdiyi vaxtın azaldılması resursların milli prioritetlərə yönəldilməsinə imkan verə bilər.

İSESKO-nun baş direktoru sülhün qorunması üçün qabaqlayıcı tədbirlərin iqtisadi əhəmiyyətinə də toxunub. O bildirib ki, proaktiv sülh quruculuğuna qlobal hərbi xərclərin təxminən 0,5%-i ayrılır.

Əl-Malik BMT və Dünya Bankının 2018-ci ildə yayımladığı “Sülh üçün yollar” tədqiqatına istinad edərək, güclü profilaktik tədbirlərin ildə 5 milyard dollardan 70 milyard dollaradək qənaət təmin edə biləcəyini qeyd edib. O vurğulayıb ki, erkən müdaxilə insan həyatını qorumaqla yanaşı, inkişaf üçün zəmin yaradır.

Təşkilat rəhbəri təhsil və mədəniyyətin sülh quruculuğundakı rolunu da önə çəkib. Onun sözlərinə görə, təhsil gənclərin cəmiyyətdə fəal iştirakına imkan yaradır, mədəniyyətlə təmas isə qarşılıqlı anlaşmanı və icmaların kimliyinə hörməti gücləndirir.

Əl-Malik süni intellektin nəsli kəsilmək təhlükəsi ilə üzləşən dillərin qorunmasına və mədəni irsə çıxışın genişləndirilməsinə kömək edə biləcəyini bildirib. Bununla yanaşı, o, texnologiyanın tətbiqi zamanı qərəz və dezinformasiyaya qarşı təminatların vacibliyini vurğulayıb.

O qeyd edib ki, 2025-ci ilin dekabrında Bakıda Heydər Əliyev Fondu və Azərbaycan Elm və Təhsil Nazirliyi ilə birgə İslam dünyası üçün Süni İntellekt İndeksi təşəbbüsü başladılıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 16:53
Hava ilə bağlı xəbərdarlıq edilib
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Cəmiyyət 16:44
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Ölkədə 60 yaşından sonra kişi və qadınlar nə qədər yaşaya bilər? - statistika
Cəmiyyət 16:25
Ölkədə 60 yaşından sonra kişi və qadınlar nə qədər yaşaya bilər? - statistika
ADY Çindən yeni qatarlar alır
Cəmiyyət 16:10
ADY Çindən yeni qatarlar alır
Azərbaycanda sağlam ömür uzunluğu 64,5 ilə çatıb
Cəmiyyət 16:01
Azərbaycanda sağlam ömür uzunluğu 64,5 ilə çatıb
Azərbaycanda qadın fəlsəfə doktorlarının sayı kişilərdən 877 nəfər çoxdur
Cəmiyyət 15:45
Azərbaycanda qadın fəlsəfə doktorlarının sayı kişilərdən 877 nəfər çoxdur

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Cəmiyyət 15:12
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü
Cəmiyyət 14:52
Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü
Niderland itkin düşənlərin axtarışı üçün Azərbaycana və Ermənistana yardımı ayıracaq
Cəmiyyət 13:44
Niderland itkin düşənlərin axtarışı üçün Azərbaycana və Ermənistana yardımı ayıracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol