• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Quliyev: Kür çayında suyun səviyyəsinin enməsi hazırda gözlənilmir

Akif Quliyev: Kür çayında suyun səviyyəsinin enməsi hazırda gözlənilmir
27.10.2026 13:17

Kür çayında suyun səviyyəsinin enməsi hazırda gözlənilmir. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.

Onun sözlərinə görə, son illərdə Kür çayında suyun səviyyəsinin ümumi azalması müşahidə olunmur. Mingəçevir su anbarında da kifayət qədər su ehtiyatı toplanıb.

Quliyev qeyd edib ki, su anbarlarının doldurulması və boşaldılması, eləcə də Kür çayına suyun buraxılması prosesi gündəlik nəzarətdə saxlanılır. Bu istiqamətdə aparılan işlər barədə mütəmadi hesabatlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilir.

Agentlik rəsmisi vurğulayıb ki, görülən işlərə Prezidentin yaratdığı Su Komissiyası tərəfindən xüsusi nəzarət həyata keçirilir.

O əlavə edib ki, əvvəlki illərdə Kür çayında suyun səviyyəsinin azalmasının səbəblərindən biri ekoloji tarazlığın pozulması, digəri isə yağıntıların az olmasıdır.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Cəmiyyət 18:19
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Cəmiyyət 18:06
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Cəmiyyət 17:55
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü
Cəmiyyət 17:15
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü
Hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 16:53
Hava ilə bağlı xəbərdarlıq edilib
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Cəmiyyət 16:44
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Ölkədə 60 yaşından sonra kişi və qadınlar nə qədər yaşaya bilər? - statistika
Cəmiyyət 16:25
Ölkədə 60 yaşından sonra kişi və qadınlar nə qədər yaşaya bilər? - statistika
ADY Çindən yeni qatarlar alır
Cəmiyyət 16:10
ADY Çindən yeni qatarlar alır
Azərbaycanda sağlam ömür uzunluğu 64,5 ilə çatıb
Cəmiyyət 16:01
Azərbaycanda sağlam ömür uzunluğu 64,5 ilə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol