• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
28.10.2026 10:36

 

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) ilə birgə həyata keçirilən “Qayıt İş 2” layihəsinə başlanılıb. Layihə çərçivəsində namizədlər arasından seçilən Qarabağ sakinləri Bir ekosistemi və DMA-nın Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan xüsusi nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər. Təlim mərhələsini uğurla başa vuran iştirakçılar əldə etdikləri bilikləri real iş mühitində tətbiq edərək ekosistem daxilində işlə təmin olunacaqlar.

Təşəbbüsün əsas məqsədi iştirakçıların peşəkar potensialının inkişafına töhfə vermək, praktiki bacarıqlarını gücləndirmək və məşğulluq imkanlarını genişləndirməkdir. 

Layihəyə Bir ekosisteminin baş ofisində keçirilən tanışlıq görüşü ilə start verilib. Görüş zamanı iştirakçılar ekosistemin iş mühiti, korporativ dəyərləri və komanda mədəniyyəti ilə tanış olub, proqramın məqsədləri və növbəti mərhələləri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıdan vətəndaşların məşğulluğuna dəstək göstərilməsi və onların müasir rəqəmsal maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi Bir ekosisteminin fəaliyyət istiqamətləri arasında xüsusi yer tutur. Bu məqsədlə, ötən il Füzuli şəhərində ekosistemə daxil olan Milliön və m10 brendlərinin telesatış mərkəzi istifadəyə verilib. Mərkəzdə 20 nəfər Qarabağ sakini çalışaraq vətəndaşlara birbaşa xidmət göstərir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Kapital Bank-ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Cəmiyyət 10:48
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Cəmiyyət 10:19
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:10
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol