Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Anews.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxsin S. Dadaşzadə olduğu aydınlaşdırılıb.
Araşdırmalar zamanı onun heç bir hüquq-mühafizə orqanında xidmət etmədiyi, üzərində gəzdirdiyi silahın isə oyuncaq olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər