• $
  • €
  • ₽
  • ₺
  • £

“Luqanskda azərbaycanlılara qarşı təzyiqlər başlayıb”

“Luqanskda azərbaycanlılara qarşı təzyiqlər başlayıb”
20.11.2013 18:27
Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə basqın olayından sonra vilayət azərbaycanlılarının diaspor rəhbərinə və azərbaycanlılara qarşı təzyiqlər başlayıb. Bunu APA-ya açıqlamasında Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin rəhbəri Rasim Uğurluyev bildirib. O qeyd edib ki, Ş.Məmmədovun evinin qarşısındakı naməlum basqınçılarla atışmadan, evinə 30 nəfər milis tərəfindən səbəbsiz və gözlənilməz basqından, evdə axtarış aparılmasından sonra yerli millətçilərin və milisin təzyiqləri ilə üzləşib: “Həmin axşam milis xüsusi təyinatlıları səbəbsiz yerə, sanksiyasız evimə basqın etdi, evimi alt-üst etdilər, körpə qızımı qorxuzdular. İndi uşağın əsəbləri pozulub. Özümü də əllərim qandallı şəkildə şəhər milisinə aparılar. Çox gülünc və qeyri-qanuni səbəb də göstərdilər: “Sizin azərbaycanlılardan birinin  evində atışma olub, yerli millətdən ölən var və siz də ona görə burdasınız”. Mən başıma gətirilənlərin qanunsuz olduğunu dedikdə isə təzyiq göstərib susmağımı tələb etdilər. O günün səhəri dilimdən iltizam alıb buraxdıqdan sonra hər gün çağırıb Şahin Məmmədov hadisəsinə, ümumiyyətlə, azərbaycanlıların Luqanskdakı fəaliyyətinə görə yersiz sorğu-sual edib hədələyirlər. Hətta vilayətdə hökumətə yaxın olan yerli təşkilat saytları da azərbaycanlıların bölgədən qovulub çıxarılması ilə bağlı çağırışlar edir, millətimizi “vəhşi xalq” adlandıraraq təhqir edirlər. Bu vaxta kimi burada belə hal olmamışdı”. Diaspor rəhbəri bildirib ki, Ş.Məmmədov hadisəsi ilə bağlı artıq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb və hazırda Ş.Məmmədov həbsdədir: “Halbuki onun evinə basqın olub və o, özünü müdafiə edərkən açdığı atəş nəticəsində güllə dəyən adam xəstəxanada keçinib. Amma işi elə açıblar ki, guya qəsdən öldürüb. Özü də həbsdə vəziyyəti ağırdır, çünki onda miostaniya xəstəliyi var. Ən qəribəsi də ondadır ki, milis basqın edənləri nəinki saxlamayıb, heç axtarışında da maraqlı deyil”. R.Uğurluyev onu da deyib ki, hadisə ilə bağlı vilayət azərbaycanlıları Ukrayna Prezident Administrasiyasına, Ali Radaya və Respublika Prokurorluğuna müraciət edəcək: “Burada vəziyyətimiz çox acınacaqlıdır. Özümüz də bilmirik ki, bir atışmadan sonra bizə qarşı bu kütləvi təzyiqlərin səbəbi nədir”. Qeyd edək ki, noyabrın 16-da axşamı Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol