• $
  • €
  • ₽
  • ₺
  • £

Komadakı jurnalistdən yeni xəbər

Komadakı jurnalistdən yeni xəbər
20.11.2013 15:22
Xocasən qəsəbəsində maşın vurması nəticəsində ağır xəsarətlərlə xəstaxanaya yerləşdirilən və artıq 18 gündür komada olan Avropa.info-nun əməkdaşı Sahib İslamovun durumunda dəyişiklik var. Bu haqda sözügedən sayta jurnalistin həkimi Şöhrət Verdiyev məlimat verib. Həkimin dediyinə görə, Sahib İslamov hələ də koma vəziyyətindən çıxmasa da səhhətində müəyyən irəlləyişlər var. “Artıq  xəstə  dünəndən etibarən gözlərini açıb. Hissiyyatı getdikcə bərpa olunur. Sahibin aldığı zədələrə uyğun olaraq onun bu vaxtadək komada olmasına normal yanaşmaq lazımdır. İnşallah  onun həyatı üçün ciddi təhlükə qalmayıb. Biz də əlimizdən gələni edirik ki, o tam şəkildə komadan çıxsın. Müəyyən irəlləyişlər olsa da, vəziyyəti ağır olaraq qalır."Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol